"Sumqayıt"ın israrla istədiyi iki futbolçu

00:18 - 27 May 2014

Hacıyev və Cahangirov "gənclik şəhəri"ndə qala bilər
 
"Sumqayıt" növbəti mövsüm üçün heyəti gücləndirməyə başlayıb.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, Ruslan Poladovu heyəti qatan "gənclik şəhəri" daha iki nəfəri komandada saxlamaqda israrlıdır. Bunlar qış fasiləsində komandaya icarə əsasında qoşulan "Bakı"nın futbolçusu Rəhman Hacıyev və "Qəbələ"nin üzvü Tərzin Cahangirovdur. Artıq hər iki futbolçunu daha 6 ay heyətində saxlamaq istəyən "Sumqayıt" rəhbərliyi hər iki klibla danışıqlara başlayıb.

Xəbər xətti