"Neftçi" daha bir legioneri ilə müqavilə yeniləyir

11:40 - 27 May 2014

Ramos daha iki il "ağ-qaralar"da
 
Erik Ramos "Neftçi" ilə müqaviləsini yenidən artıracaq.

Sportal.az idmanxeber.com-a istinadən xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi qışda bitəcək müqaviləsini daha iki il uzadacaq. "Ağ-qaralar" 27 yaşlı legionerə məhz bu müddətə yeni müqavilə təklif edib.

Qeyd edək ki, "Neftçi" bundan öncə Flavinyoyla da 2 illik müqavilə imzaladı.

 

Xəbər xətti