"Qarabağ" yeni hücumçu transfer etdi

15:32 - 27 May 2014

Okaka Ağdam təmsilçisində?
 
“Qarabağ” Çempionlar Liqasına hazırlıq çərçivəsində heyətini gücləndirməyə başlayıb.
 
Sportal.az azerisport.az-a istinadənxəbər verir ki, komandanın fan-klubunun Facebook səhifəsinə istinadən xəbər verir ki, çempionumuz İtaliyanın “Sampdoriya” komandasının hücumçusu Stefano Okakanı heyətinə qatıb.

Son mövsümdə Okaka 13 oyunda dörd qol vurub. Okaka İtaliya yığmasının müxtəlif yaş qrupları üzrə yığmalarına da dəvət alıb. Gənclərdən ibarət yığmada isə 7 oyun keçirib və 2 qol vurub.

Okaka əvvəllər “Roma”, “Modena”, “Breşiya”, “Fulhem”, “Bari”, “Parma” və “Spesiya”nın şərəfini qoruyub.

Xəbər xətti