"Neftçi"də daha bir yeni müqavilə

00:06 - 28 May 2014

Şükürov komandada qalacaq
 
"Neftçi" daha bir futbolçu ilə müqavilə yeniləyəcək.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, bu millimizin üzvü Mahir Şükürovdur. Artıq tərəflər yeni müqaviləni imzalamaqda razılığa gəliblər. Şükürov milli komandanın ABŞ toplanışından qayıdar-qayıtmaz yeni müqaviləyə imza atacaq. Müdafiəçi ilə uzadılacaq müqavilənin müddəti birillikdir.

Xəbər xətti