Premyer Liqada yeni baş məşqçi

00:47 - 28 May 2014

"Tottenhem"də Poçettino dövrü başlayır
 
Londonun "Tottenhem" klubunda yenə də baş məşqçi dəyişikliyi baş verdi.
 
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçi postuna 42 yaşlı argentinalı mütəxəsis Maurisio Poçettino gəldi.

Ötən mövsüm "Sautqempton" klubu məhz onun rəhbərliyi altında Premyer Liqa tarixində özünün ən yüksək nəticəsini 8-ci yeri əldə etdi.

 Poçettino isə mətbuata belə açıqlama verib: " Bu klub böyük tarixə malikdir. Burada Avropanın top-səviyyəli oyunçuları çoxdur. Mənim üçün bu cür klubda işləmək böyük şərəfdir."

Xəbər xətti