Klinsmann: "Azərbaycan millisi müdafiəyə meyilli oynadığı üçün işimiz o qədər də asan olmadı"

10:27 - 28 May 2014

"Əvəzetmələr oyunumuza müsbət təsir göstərdi"
 
Bu gün ABŞ millimizə 2:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, rəqibin baş məşqçisi Yurgen Klinsmann qələbəyə belə şərh verib.
 
"Komandama və rəqibə yaxşı oyuna görə təşəkkür edirəm. Dünya çempionatına hazırlıq çərçivəsində bu, bizim ilk oyunumuz idi və nəticədən razıyam. Azərbaycan millisi müdafiəyə meyilli oynadığı üçün işimiz o qədər də asan olmadı. Əvəzetmələr oyunumuza müsbət təsir göstərdi. Bu qarşılaşma komandamızın kifayət qədər səbirli olduğunu və çətinliklər zamanı təşvişə düşmədiyini göstərdi.

Azərbaycan milli komandasına belə böyük məsafə qət edərək buraya gəldiyi üçün təşəkkür edirəm. Onlar da, biz də bu oyunun baş tutması üçün əlimizdən gələni etdik”.
 

Xəbər xətti