Abışov: "Foqts bunu söhbətində bildirmişdi"

14:57 - 28 May 2014

"Çox istəyirdik ki, Amerikaya uduzmayaq"
 
"Uzun qol qət etmişdik və çox istəyirdik ki, Amerikaya uduzmayaq. Amma rəqibimiz çox güclü idi və oyunda hər zaman təzyiq yaradırdı. Bizim əsas məqsədimiz AÇ-2016-nın qrup mərhələsinə hazırlaşmaqdır".
 
Sportal.az xəbər verir ki, bu sözləri millimizin üzvü ABŞ-la oyundan sonra "Rubin"in rəsmi saytına açıqlamasında bildirib. Abışov öz oyununu da dəyərləndirib:
 
"Əvvəlcədən bilirdim ki, bir hissə oynayacam, Foqts bunu söhbətində bildirmişdi. Özümü fiziki cəhətdən tam hazır sayrıam. Amma topla davaranışlarda bəzi problemlərim var ki, bunu da qısa zamanda düzəldəcəm".

Xəbər xətti