"Arsenal"ın futbolçusu "Suonsi"də

16:15 - 29 May 2014

Fabianskidən 4 illik müqavilə
 
"Arsenal"ın qapıçısı Lukaş Fabianski yeni mövsümdən "Suonsi"də çıxış edəcək.
 
Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiper "Suonsi" ilə dörd illik müqavilə imzalayıb. Fabianski "Suonsi"yə azad agent kimi keçib.
 
Fabianski 2007-ci ildə "Legiya"dan "Arsenal"a transfer olunmuşdu. Meydana çıxdığı 78 oyunun 25-də qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti