"Qəbələ" və "Neftçi" məğlub oldu, finalın adı məlumdur

00:01 - 31 May 2014

"Qəbələ Kuboku"nda final mərhələsi
 
Bu gün 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında təşkil olunan III Qəbələ kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bunun ardından pley-off görüşlərinə start verilib.

Azərbaycan təmsilçilərindən "Qəbələ" yarımfinala vəsiqə uğrunda "Liverpul"la qarşılaşıb və rəqibi ilə 2:2 bərabərə qalıb. İlk iki oyunda məğlub olmaqla yarımfinala yüksəlmək şansını itirən "Neftçi" isə son turda "Anderlext"lə üz-üzə gəlib. "Ağ qaralar" bu görüşü də məğlub başa vurublar - 0:1.

A qrupunu ikinci pillədə başa vuran "Qəbələ" yarımfinalda "Anderlext"lə üz-üzə gəlib. Görüşdə hesabı "Qəbələ" açsa da, üstünlüyünü sona kimi qoruya bilməyib. Oyun "Anderlext"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbaxça" isə "Rapid"i məğlub edərək finala yüksəlib.   Beləliklə, "Qəbələ" və "Rapid" komandaları iyunun 1-i üçüncü yer üçün üz-üzə gələcək.

5-8-ci yerlər uğrunda oyunda "Neftçi" "Udineze"yə, "Lokomotiv" isə "Liverpul"a uduzub. Bununla da iyunun 1-i "Udineze və "Liverpul" beşinci, "Neftçi" və "Lokomotiv" isə yeddinci yer uğrunda yarışacaq.


30 may

III Qəbələ kuboku


 

5-8-ci yerlər uğrunda

21:00. "Udineze" - "Neftçi" - 1:0

21:00. "Lokomotiv" - "Liverpul" - 1:2

Yarımfinal

19:40. "Anderlext" - "Qəbələ" - 4:1

18:30. "Fənərbaxça" - "Rapid" - 1:0

Xəbər xətti