Milli komandamız Norveçə məğlub oldu

23:03 - 1 İyun 2014

Son dəqiqələrdə gələn qol
 
Bu gün "AÇ-2015"in seçmə mərhələsində növbəti oyunu keçirilib.

Sportal.az xəbər verir ki, 8-ci qrupda yer alan 21 yaşadək futbolçulardan ibarət yığmamız seçmə mərhələdə altıncı  matçına çıxıb.

Berhard Lippertin komandası doğma meydanda Norveç yığması ilə qarşılaşıb.

Millimiz qrupda yeganə qələbəsini ötən il məhz Norveç üzərində qazanıb. Qrupda sonuncu yeri tutan yığmamız  rəqibini doğma meydanda üstələməyi bacarsaydı, üçüncü pilləyə yüksələcəkdi.  Ancaq yığmamız bu görüşdə minimal hesabla məğlub olaraq bu şansını əldən verib.


1 iyun

“Avro-2015”in seçmə mərhələsi

20:30.Azərbaycan  - Norveç 0:1

Qol: Ohi Kvoeme, 84

Xəbər xətti