"Liverpul" bu transferə nöqtə qoya bilmir VİDEO

13:15 - 2 İyun 2014

"Sauthempton" 25 milyona razılaşmır

 

Heyətini gücləndirməklə məşğul olan “Liverpul” Adam Lallananı transfer etmək istəyir. Lakin mersisaydlılar heç cür futbolçunun məxsus olduğu“Sauthempton”la ortaq məxrəcə gələ bilmirlər.

 

İngiltərə millisinin üzvü özü Brendan Rocersin komandasında çıxış etmək arzusundadır. Sportal.az xəbər verir ki, “Sauthempton” 25 milyon funt təklifinə isti baxmır və bu keçidin yalnız 30 milyon futn qarşılığında baş tutacağını deyir.

 

Qeyd edək ki, Lallana bu mövsüm İngiltərə çempionatında 38 matçda iştirak edib. 26 yaşlı cinah yarımmüafiəçisi  8 qol vurub və 9 məhsuldar ötürmə edib. 

 

Xəbər xətti