Xorvatiya - Azərbaycan matçı hansı stadionda keçiriləcək?

00:50 - 3 İyun 2014

Qarşılaşmanın baş tutacağı yer müəyyənləşib
 
Xorvatiya futbol federasiyası milli komandanın AÇ-2016-nın təsnifat mərhələsi zamanı rəqiblərini qəbul edəcək stadionları müəyyənləşdirib.
 
Sportal.az xəbər verir ki, Xorvatiya yığması millimizə qarşı Osiekdə “Qradski vrt” stadionunda meydana çıxacaq.

“Qradski vrt” stadionu 1980-ci ildə inşa edilib və bu müddətdə arenada iki dəfə yenidənqurma-bərpa işləri aparılıb. Stadionun tutmu 22 min 50 nəfərdir.
Millimizə qarşı oktyabrın 13-də keçiriləcək oyun Xorvatiyanın bu stadionda keçirəcəyi doqquzuncu qarşılaşma olacaq. Balkan təmsilçisi bu arenada keçirdiyi rəsmi oyunlar çərçivəsində heç bir rəqibinə məğlub olmayıb. Son dəfə xorvatlar bu arenada iki gün qabaq DÇ-yə hazırlıq çərçivəsində yoldaşlıq oyununda Mali yığmasını qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıblar.

Xəbər xətti