FİFA prezidenti "Qarabağ"ı unutmadı

11:55 - 3 İyun 2014

Blatterdən təbrik məktubu
 
FİFA-nın prezidenti Yozef Blatter AFFA-nın prezidenti Rövnəq Abdullayevə  məktub ünvanlayıb.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  ali futbol qurumunun rəhbəri "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2013/2014-cü il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.

Blatter həmçinin, komandamıza Çempionlar Liqasında  uğurlar arzulayıb.

Xəbər xətti