Lempard 13 illik komandasından ayrıldı

01:09 - 4 İyun 2014

"Çelsi" əfsanəsi ilə yollarını ayırdı
 
İngiltərə millisinin futbolçusu Frank Lempard bu gün açıqlamasında 13 il formasını geyindiyi “Çelsi”dən ayrıldığını bildirdi.
 
Sportal.az xəbər verir ki, Lempard ayrılığıyla bağlı bunları söyləyib: “13 ildir xidmət etdiyim bu komanda həyatımın bir parçası oldu. Mənə bu fürsəti verdiyi üçün “Çelsi” klubun rəhbərliyinə təşəkkür edirəm. Qarşıdakı zamanda harda karyeramı davam etdirəcəyimi bilmirəm, amma bu komanda hər zaman ürəyimdə qalacaq”.

Lempard 13 il çıxış etdiyi “Çelsi”də 626 oyunda meydana çıxıb, 208 qol vurub və 152 məhsuldar ötürmə verib.


 

Xəbər xətti