"Sumqayıt"dan günün 3-cü transferi FOTO

00:14 - 5 İyun 2014

Nəbiyev yeni komandasında
 
"Sumqayıt" Futbol Klubu bu gün 3-cü transferini rəsmiləşdirib.
 
Sportal.az xəbər verir ki, "gənclik şəhəri" Nodar Məmmədov, Ramazan Abbasovun ardından Aqil Nəbiyevdə müqaviləyə imza atıb. 31 yaşlı futbolçu komanda ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Aqil karyerası ərzində "Turan", AZAL, "Bakı" və "Rəvan"ın formasını geyinib. O, həmçinin Azərbaycan millisi ilə 5 oyuna çıxıb.
 

Xəbər xətti