Ötən mövsümün ən yaxşıları: Siyahıda "Xəzər Lənkəran"dan heç kim yoxdur

12:54 - 5 İyun 2014

Reynaldo birinci pillədədir
 
InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən ötən mövsümün ən yaxşı oyunçularının indeksi məlum olub.
 
Sportal.az xəbər verir ki, 20 nəfərlik siyahıya “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Silva başçılıq edir. Onun InStat indeksi 175 olub. Reynaldonun komanda yoldaşı Çumbinyo -  Marinaldo da Silva (InStat indeksi 166) ikinci, “Neftçi”nin oyunqurucusu Flavinyo (InStat indeksi 162) isə üçüncüdür.

1 Reynaldo, Qarabağ 175
2 Çumbinyo, Qarabağ 166
3 Flavinyo, Neftçi 162
4 Derlis Meza Kolli, İnter 160
5 Bruno Bertuççi, Neftçi 160
6 Riçard Almeyda, Qarabağ 159
7 Rəşad Sadiqov, Neftçi 157
8 Erik Ramos, Neftçi 156
9 Qara Qarayev, Qarabağ 154
10 Vaqif Cavadov, İnter 154
11 Abdulla Abatsiyev, İnter 153
12 Mahir Şükürov, Neftçi 153
13 Denis Silva, Neftçi 152
14 Leroy Corc, Qarabağ 151
15 Maksim Medvedev, Qarabağ 151
16 Araz Abdullayev, Neftçi 150
17 Karlos Kardoso, Neftçi 150
18 Ernest Nfor, Neftçi 150
19 Rəşad Sadıqov, Qarabağ 149
20 Ansi Aqolli, Qarabağ 148

 

Xəbər xətti