Almaniya millisində ciddi itki: DÇ-də iştirak etməyəcək

16:02 - 7 İyun 2014

Roys heyətdən çıxarıldı
 
Ermənistanla oynanılan yolaşlıq görüşündə sıradan çıxan Marko Roysun zədəsinin ciddi olduğu müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, çəkilən MR-ın nəticələrinə görə, alman futbolçunun ayaq biləyində yırtıq aşkarlanıb.

Yoahim Löv 25 yaşlı yarımmüdafiəçi haqqında yekun qərarını açıqlayıb. Beləliklə, Marko Roys DÇ-2014-də oynaya bilməyəcək. Onun əvəzinə 23 nəfərlik heyətə Şkodran Mustafi daxil edilib.

Marko Roys Ermənistanla keçirilən yoldaşlıq görüşündə birinci hissənin sonlarına yaxın sol ayağından zədə almışdı.

Xəbər xətti