"Barselona"da 100 milyonluq müqavilə

01:40 - 8 İyun 2014

Müdafiəçi daha 4 il komandada qaldı
 
"Barselona" yarımmüdafiəçisi Xavyer Maskerano ilə yeni müqavilə imzaladığını açıqlayıb.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytının verdiyi xəbərə görə, Argentina millisinin futbolçusu 2018-ci ilin yayına kimi Kataloniya təmsilçisinin uğurları üçün tər tökəcək.
 
Maskeranonun yeni müqaviləsindəki bəndə görə, təcrübəli müdafiəçini almaq istəyən komanda 100 milyon avrosundan keçməlidi. Məhz bu məbləğ təzminat qiyməti olaraq qeyd edilib.
 
Daha öncə bildirilirdi ki, Maskerano "Napoli"yə keçəcək.

Xəbər xətti