Arda Turan "Barselona"da?

15:21 - 8 İyun 2014

Türk futbolçu "Atletiko"nu tərk edir
 
Geridə qalan mövsümdə "Atletiko"da sərgilədiyi oyunda diqqət çəkən Arda Turan "Barselona" ilə prinsipial razılığa gəlib.
 
Sportal.az xəbər verir ki, Kataloniya klubu transfer üçün  41 milyon avro ödəməyə hazırdı. Türkiyə millisi üzvünün meneceri Ahmet Bulut da danışıqları təsdiqləyib.
 
Məlumatda bildirilir ki, "Barsa" Ahmet Bulutu Barselonaya dəvət edib.  "Atletiko" primeroda "Malaqa" ilə oynayarkən Ardanın meneceri Barselonada La Liqa nəhənginin rəhbərliyi ilə bazarlıq stolu arxasındaydı.
 
Kataloniyalılar transferin gedişatını gizli saxlamağa çalışırlar. Futbolçunun illik gəlirinin nə qədər olacağı və digər məsələr hələlik açıqlanmır.
 
Ardanın "Atletiko" ilə 2017-ci ilə qədər müqaviləsi var.

Xəbər xətti