Petev bu gün iki köməkçisi ilə Azərbaycana gəlir

13:56 - 10 İyun 2014

"Qəbələ" bu gün yeni baş məşqçisinə qovuşur
 
"Qəbələ”nin yeni baş məşqçisi İvaylo Petev məşqçilər heyətini formalaşdırıb.
 
Sportal.az Apasport.az-a istinadən xəbər verir ki, onun köməkçiləri serbiyalı Duşan Steviç və bolqarıstanlı Valentin Velikov olacaq.

Hər 2 məşqçi Petevlə birgə Kiprin AEL klubunda çalışıb. “Qəbələ”nin digər məşqçiləri Sənan Qurbanovla Dmitri Kramarenko isə hələ ki işini davam etdirəcək.

Qeyd edək ki, İvaylo Petev köməkçiləri ilə birgə bu gün axşam saatlarında Bakıda olacaq.

Xəbər xətti