"Sumqayıt"dan növbəti transfer FOTO

15:04 - 10 İyun 2014

Novruzov 1 illik müqavilə imzaladı
 
Premyer Liqada 2014/2015 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçunu heyətinə qatıb.
 
Sportal.az xəbər verir ki, komanda Tagim Novruzovla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu karyerası ərzində "Şahdağ", "Qarabağ", "Turan", MOİK, "Muğan", AZAL, "Rəvan" və "Simurq"un şərəfini qoruyub.
 

Xəbər xətti