Canlı əfsanə daha iki il "Yuventus"da

16:19 - 11 İyun 2014

Pirlo yeni müqavilə imzaladı
 
"Yuventus" klubu təcrübəli futbolçusu Andrea Pirlo ilə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, bu ayın sonu müqaviləsi bitəcək 35 yaşlı yarımmüdafiəçi ilə iki il müddətinə yeni sözləşmə imzalanıb.
 
O, 2016-cı ilin iyun ayına qədər "Yuventus"da oynamağa davam edəcək.

Qeyd edək ki, 2011-ci ildən "Yuventus"un şərəfini qoruyan A.Pirlo indiyə kimi iştirak etdiyi 131 matçda 14 qol vurub.

Xəbər xətti