"Qarabağ"ın yeni transferi: "Neftçi" rəhbərliyinə təşəkkür edirəm"

19:08 - 12 İyun 2014

"Yeni klubum olan "Qarabağ"a əlimdən gələn köməyi əsirgəməyəcəm"
 
"Futbolçu kariyeramın inkişafında "Neftçi"nin böyük əməyi olduğuna görə klub rəhbərliyinə təşəkkür edirəm".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Tərlan Quliyev deyib. "Neftçi"dən transfer olunan gənc müdafiəçi keçidi ilə bağlı təəssüratlarını Ağdam klubunun rəsmi saytına açıqlayıb: "Yeni klubum olan "Qarabağ"a həm Çempionlar Liqasında, həm də Azərbaycan Premyer Liqasında əlimdən gələn köməyi əsirgəməyəcəm".

Xəbər xətti