"Qarabağ"ın maraqlandığı futbolçu kimdir? VİDEO

12:04 - 14 İyun 2014

Belikanı yaxından tanıyaq
 
"Qarabağ" heyətinə daha bir makedoniyalı futbolçu qata bilər. Ağdam klubunun Eqzon Belika ilə maraqlandığı bildirilir.

Sportal.az xəbər verir ki, müdafiəçini "Qarabağ"a menecerlər təklif edib. Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov onu təlim-məşq toplanışında sınaqdan keçirmək istəyir.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi 2013/14 mövsümündə "Şkendiya"da çıxış edib. 25 oyunda meydana çıxan Belika 1850 dəqiqə oynayıb. O, əvvəllər Makedoniyanın "Ohrid", "Rabotniçki" və Rumıniyanın "Konkordiya" klublarında çıxış edib.

Xəbər xətti