"Qəbələ"də 3 yeni sima

14:07 - 15 İyun 2014

Köməkçilər məlum oldu
 
"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu köməkçilərinin adını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis klubun rəsmi saytına müsahibəsində köməkçilərinin qısa müddətdə kollektivə qoşulacağını deyib:

“Onlar gələn kimi işə başlayacağıq. Fiziki hazırlıq üzrə bizə alman məşqçi Ruben Hornberger kömək edəcək. Bundan əlavə Moldovadan analist-məşqçi Andey Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda olacaq. Təbii ki, yerli köməkçi məşqçi Sənan Qurbanov və qapıçı məşqçisi Dmitri Kramarenko ilə də çalışmaqdan məmnunam".

Xəbər xətti