Hacıyev "Qəbələ"yə qələbə qazandırdı

11:09 - 16 İyun 2014

Əyalət təmsilçisi ilk oyununda sevindi
 
Sloveniyada təlim-məşq prosesini davam etdirən "Qəbələ" hazırlıq çərçivəsində ilk sınaq oyununu keçirib.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa" ilə üz-üzə gəlib.

Matçın taleyini bir qol həll edib. Nizami Hacıyev qarşılaşmanın 76-cı dəqiqəsində topu rəqib qapısına göndərib. Beləliklə, "Qəbələ" Sloveniya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda 1:0 hesablı qələbə qazanıb.

Yoxlama oyunu

"Qəbələ" - "Stoynitsa" - 1:0
Qol: Nizami Hacıyev, 76 (1:0)

Xəbər xətti