"Qəbələ"nin rəqibləri məlum oldu

12:21 - 17 İyun 2014

2 Sloveniya, 1 Bolqarıstan təmsilçisi
 
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin hazırlıq prosesi boyunca keçirəcəyi oyunların tarixi və rəqibləri dəqiqləşib.

Sportal.az xəbər verir ki, ilk matçda Sloveniyanın 3-cü liqa təmsilçisi "Stoynitsa"nı 1:0 hesabilə məğlub edən "qırmızı-qaralar" adıçəkilən ölkədə daha 3 oyun keçirəcək:

18 iyun - "Koper" (Sloveniya)
21 iyun - "Botev" (Bolqarıstan)
26 iyun - "Maribor" (Sloveniya)

Xatırladaq ki, "Koper" və "Botev" 2013-2014 mövsümündə ölkələrini Avropa Liqasında, "Maribor" isə Çempionlar Liqasında təmsil edəcək.

 

Xəbər xətti