Milli komandamız Qazaxıstana gedəcək

19:12 - 17 İyun 2014

U-17 millimiz Qazaxıstanda keçirilən turnirdə iştirak edəcək
 
Turnir iyunun 24-dən 30-a qədər Astana şəhərində keçiriləcək.
 
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbolçularımız "Prezident Kuboku" uğrunda B qrupunda İspaniya, İran və Tacikistanla mübarizə aparacaq. 
 
Millimiz ilk oyununu İspaniya kollektivinə qarşı keçirəcək. İkinci oyunda İran ilə qarşılaşacaq komandamız üçüncü oyunda Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.

Xəbər xətti