Del Boske: "Gücümüz hesabı dəyişdirməyə kifayət etmədi"

03:39 - 19 İyun 2014

"Aldığımız məğlubiyyətlərdən sonra mundialdan ələnməyi haqq etdik"
 
"Cərimə meydançasının içərisində əldə etdiyimiz fürsətləri dəyərləndirə bilmədik. Çili və Hollandiya qarşısında aldığımız məğlubiyyətlər sonra mundialdan ələnməyi haqq etdik. Hollandiya ilə oyunda Silva ikinci qolu vursaydı, hər şey başqa cür ola bilərdi. Çili ilə oyunda da yüzfaizlik fürsətlər oldu. Ancaq qol vura bilmirsənsə, qələbə qazana bilməzsən. Çili qapımıza iki dəfə gəldi və iki qol vurdu".
 
Sportal.az xəbər verir ki, bu sözləri İspanyanın baş məşqçisi Visente Del Boske Çili ilə oyundan sonra bildirib. O, komandasının gücünün kifayət qədər olmadığını da dilə gətirib:
 
"Bir az şanslı ola bisəydik, iki oyunu da qazana bilərdik. Hesabda geri olarkən, rəqib müdafiəyə yerləşir. Siz də müdafiəni keçmək üçün daha çox çalışmaq məcburiyyətində qalırsan, bu gün də biz bunu yaşadıq. Amma təəssüf ki, gücümüz hesabı dəyişdirməyə kifayət etmədi".

Xəbər xətti