"Real"ın ulduzu: "Çempionata hazır deyildik"

15:22 - 19 İyun 2014

"Yəqin ki, bizə hansısa dəyişikliklər lazımdı"
 
Madrid "Real"ı və İspaniya millisinin yarımmüdafiəçisi Xabi Alonso son dünya çempionlarının Çiliyə uduzmasının ardından mətbuata verdiyi açıqlamada məğlubiyyətin səbəblərindən danışıb.
 
Sportal.az xəbər verir ki, ulduz futbolçu bunları dilə gətirib:

"DÇ-2014-də bizdə istək və motivasiya əksikliyi var idi. Futbolçular çoxlu səhvlər buraxdılar. Bu dünya çempionatları tarixindəki ilk sensasiya deyil. Biz çox məyusuq. Psixolojik cəhətdən çempionata hazır deyildik. Yığma komanda yaxşı vəziyyətdə deyil. Bu nəticəni haqq etdik. Dövrlərin hamısı məğlubiyyətlə başa çatır. Yəqin ki, bizə hansısa dəyişikliklər lazımdı. Biz iki güclü komandayla oynadıq. Çili də, Hollandiya da bizimlə görüşə əla hazırlaşmışdı".

Xəbər xətti