"Barselona"dan fantastik təklif

21:40 - 20 İyun 2014

“Barselona” klubu İngiltərənin “Liverpul” klubunun hücumçusu Luis Suaresi heyətinə qatmaq niyyətindədir
 
İspaniya təmsilçisi Uruqvaylı hücumçuya görə futbolçu Aleksis Sançesi və 35 milyon avro ödəməy hazırdır. 
 
Sportal.az xəbər verir ki, Suares ötən mövsüm İngiltərə çempionatında ən çox qol vuran futbolçu olub. Hazırda Braziliyada keçirilən futbol üzrə dünya çempionatında Suares meydana çıxdığı iki oyunda iki dəfə fərqlənə bilib.
 
İngiltərənin qapısına vurduğu 2 qol isə ona olan maraqları daha da artırdı.

Xəbər xətti