"Kuban"ın yetirməsi rəsmən "Sumqayıt"da FOTO

14:50 - 21 İyun 2014

Məmmədov ikiillik müqavilə imzalayıb
 
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
 
Sportal.az xəbər verir ki, "Kuban" klubunun yetirməsi olan, son olaraq Armavir "Torpedo"sunda çıxış edən Təvəkkül Sahib oğlu Məmmədov "kimyaçılar"la 2 illik müqavilə imzalayıb. 1992-ci ildə anadan olmuş Təvəkkül cinah yarımmüdafiəçisidir. O, son mövsüm "Torpedo"nun heyətində 25 qarşılaşmada meydana çıxıb və 4 qol vurub.
 

Xəbər xətti