"Sumqayıt"da son vəziyyət: İkisi qayıtdı, biri gəlib, biri də yoldadır

16:34 - 25 İyun 2014

Komanda növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir
 
"Sumqayıt" növbəti mövsüm üçün heyəti gücləndirməyə başlayıb.
 
Komandaya kimlərin cəlb ediləcəyi haqda son məlumatı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"Daq Dizel" komandasından  Zəlimxan Saudov və Ruslan Əliyev baxışa gəlmişdilər, lakin baş məşqçi onlara "yox" dedi. Artıq futbolçular düşərgəni tərk ediblər. Hazırda Kamil Nurəhmədov baxışdadır, onun haqda hələ qərar verilməyib. Yaxın günlərdə iranlı futbolçu Əliəsgər Aşuri də baxışa gələcək. Ondan sonra baş məşqçi hər iki futbolçu haqda qərarını verəcək".

Xəbər xətti