"Qarabağ"ın Çempionlar Liqasında ilk oyununun vaxtı məlum oldu

20:05 - 25 İyun 2014

"Qarabağ" Çempionlar liqasında mübarizəyə qoşulacaq
 
 
Rəqib Malta çempionu "Valletta"dır.
 
Sportal.az xəbər verir ki, ilk oyun Maltada baş tutacaq. İyulun 15-də keçirilməsi nəzərdə tutulan oyun Bakı vaxtı ilə 21:30-da start götürəcək.
 
Qeyd edək ki, cavab oyunu 1 həftə sonra Tofiq Bəhramos adında Respublika stadionunda keçiriləcək.

Xəbər xətti