"Mançester Yunayted" ilk transferini rəsmiləşdirdi FOTO

01:33 - 27 İyun 2014

Herrera rəsmən "qırmızı şeytanlar"da
 
"Mançester Yunayted" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
 
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi Bilbao "Atletik"inin futbolçusu Ander Herreranı transfer edib. Klubun rəsmi saytının verdiyi xəbərə görə, yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb.
 
"Qırmızı şeytanlar" daha öncə futbolçunun transferi üçün "Atletik"ə 36 milyon avro təklif etmişdi. Ancaq İspaniya təmsilçisi rəsmi saytı ilə bu təklifi müsbət cavablandırmadığını açıqlamışdı. 
 
Buna baxmayaraq, La Liqa klubu futbolçunu komandada saxlaya bilməyib. Herrera son mövsümdə Bilbao klubunun heyətində 33 oyunda 5 qol vurub və 6 ötürmə etmişdi.
 

Xəbər xətti