"Atletiko" Meksika millisinin qapıçısını istəyir

19:56 - 27 İyun 2014

Tibo Kurtua "Atletiko" ilə müqavilə imzalamayacaq
 

"Çelsi"yə məxsusu olan qapıçı öz klubuna dönəcəyi gözlənilir.
 
Sportal.az xəbər verir ki, Kurtuanın gedişindən sonra Madrid "Atletiko"su yeni qapıçı axtarışındadır.
 
Son İspaniya çempionu Meksika millisinin qapıçısı Oçoa ilə maraqlanır. Dünya çempiontaında yaxşı oyun sərgiləyən Oçoa bir çox klubların maraq dairəsindədir. Lakin onun "Atletiko" ilə razılaşması daha inandırıcı görünür.
 
Məlumata görə dünya çempionatından sonra tərəflər arasında görüşmə olacaq.

Xəbər xətti