Vidal "Bavariya"ya keçə bilər

19:01 - 29 İyun 2014

Almaniyanın "Bavariya" klubu yeni transfer üçün danışıqlara başlayır

 

Alman  klubu çilili yarımmüdafiəçi Vidal üçün 40 milyon avrosundan keçməyə hazırdı.
 
Sportal.az xəbər verir ki, "Bavariya" rəhbərliyi futbolçunun DÇ-2014-dəki çıxışını bəyənib və məbləği qaldırmaq qərarına gəlib.
 
Lakin "Yuventus" tərəfinin 60 milyon avrodan aşağı qiymətə Vidalı satmayacağı ehtimal edilir.
 
"Real", "Mançester Yunayted", "Çelsi" və "Mançester Siti" də Arturo Vidalla yaxından maraqlanır.

Xəbər xətti