"Qəbələ" - "Şiroki Briyeq" matçı kimə həvalə olundu?

14:18 - 30 İyun 2014

Hakimlər məlum olub
 
UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində iyulun 3-də Qəbələ şəhərində keçiriləcək "Qəbələ" - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) oyununu idarə edəcək hakimlər müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, qarşılaşmanı Qazaxıstandan olan hakimlər idarə edəcək. Baş hakim Artyom Kuçin olacaq. Baş hakimin köməkçiləri Yevgeni Belski, Rustam Suyunovdusa, dördüncü hakim funksiyasını Denis İzmaylov yerinə yetirəcək. Hakim-inspektor isə Cornelis A.Bakkerdi (Hollandiya).

Xəbər xətti