Millimizin sabiq üzvü özünə yeni komanda tapdı

15:02 - 30 İyun 2014

Dadaşov Almaniya klubunda
 
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov özünə yeni komanda tapıb.
 
Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu karyerasını Almaniyanın “Svaybrukken” klubunda davam etdirəcək.

Bu komanda Regionalliqanın Cənub-Qərb zonasında çıxış edir. Bunadək də eyni zonada çıxış edən “Kayzerslautern-2”nin şərəfini qoruyan Rüfət komandasını dəyişməklə daha çox oyun praktikası qazanmaq niyyətindədir.

 

Xəbər xətti