"Real" "Bavariya"dan futbolçu alır

16:46 - 30 İyun 2014

Kroos karyerasını İspaniyada davam etdirə bilər
 
İspaniyanın "Real" komandası "Bavariya"nın futbolçusu Toni Kroosla razılığa gəlib.
 
Sportal.az xəbər verir ki, 24 yaşlı oyunçu Madrid komandası ilə 5 illik müqavilə imzalayacaq. O bir mövsümə 5 milyon avro qazanacaq.  İndi "Real"ın bu keçidi yekunlaşdırması üçün "Bavariya" ilə danışıqları müsbət yöndə həll etməsi lazımdır. Kroosun transfer dəyəri 25-30 milyon avrodur. Onun hələ "Bavariya" ilə 1 illik müqaviləsi var.

Xəbər xətti