"Arsenal" "Nike"dən imtina etdi, "Puma" ilə əməkdaşlığa başladı FOTO

13:56 - 1 İyul 2014

Tərəflər arasında uzun müddətli müqavilə imzalanıb
 
London klubunun yeni texniki sponsorunun adı bəlli olub. Sportal.az xəbər verir ki, "Arsenal" bundan sonra "Puma" şirkəti ilə əməkdaşlıq edəcək.
 
"Arsenal" yeni mövsümdən həm oyunlara, həm məşqlərə alman şirkətinin ekipirovkası ilə çıxacaq. Tərəflər arasında uzun müddətli müqavilə imzalanıb.
 
Xatırladaq ki, London klubu 10 il müddətində "Nike" şirkəti ilə əməkdaşlıq edib.
 
"Arsenal"ın yeni oyun forması iyulun 11-də rəsmən təqdim olunacaq.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən aparıcı klublarımızdan "Xəzər Lənkəran" da "Puma" ilə əməkdaşlıq edir.
 

Xəbər xətti