"Barselona"nın yeni transferi ictimaiyyətə təqdim olundu VİDEO

17:25 - 1 İyul 2014

Rakitiç 5 illik müqavilə imzaladı
 
İvan Rakitiç artıq rəsmən "Barselona"nın futbolçusdu.
 
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra yeni klubuyla 5 illik müqaviləyə imza atıb.
Rakitiçə görə katalon klubu "Sevilya"ya 25 milyon avro ödəyib.
 
Xorvatiyalı futbolçu "Barselona"nın heyətində 4 nömrəli forma altında çıxış edəcək. Maraq üçün qeyd edək ki, geridə qalan mövsümdə bu nömrə komandadan ayrılan Sesk Fabreqasa məxsus idi.

Xəbər xətti