"Qəbələ" - "Şiroki Briyeq" matçına görə 4500 bilet

00:28 - 2 İyul 2014

Qiymətlər 1-50 manat aralığındadır
 
"Qəbələ"nin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi - Bosniya "Şiroki Briyeq"i ilə oyununa çox az vaxt qalıb.
 
Sportal.az xəbər verir ki, bu qarşılaşma üçün 4500 bilet satışa çıxarılacaq.
 
Bu biletlərin 4400-ü 1 manata olacaq. VİP zonaya biletlər isə 20-50 manat aralığındadı. Biletləri ancaq stadionun kassalarından əldə etmək mümkündü.
 
Qeyd edək ki, "Qəbələ" və "Şiroki Briyeq" arasındakı ilk oyun iyulun 3-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər xətti