Di Mariya getsə, "Real" Xames Rodrigesi gətirəcək

11:20 - 2 İyul 2014

Onun transferi 40 milyon avroya gerçəkləşə bilər

 

“Monako”nun futbolçusu Xames Rodriges karyerasını Madrid “Real”ında davam etdirə bilər.

 

Sportal.az saytı “Daily Mail”-ə istinadən xəbər verir ki, Anhel Di Mariya getsə, “Real” Rodrigeslə danışıqlar masası arxasına əyləşəcək.

 

Kolumbiyalı futbolçunun transfer qiyməti 40 milyon avro civarında dəyərləndirilir.

 

Xatırladaq ki, bir müddət əvvəl Rodriges “Barselona”ya yox, “Real”a pərəstiş etdiyini demişdi. 

Xəbər xətti