Karlo Ançelotti Di Mariyanı buraxmaq istəmir

13:20 - 2 İyul 2014

İtaliyalı mütəxəssis narahatdır

 

“Real”ın baş məşqçisi Karlo Ançelotti Di Mariyanın klubu tərk etməsinə isti baxmır.

 

İtaliyalı mütəxəssis Di Mariyanı komandanın aparıcı üzvü hesab edir və Çempionlar Liqasının qazanılmasında onun xususi əməyinin olduğu qənaətindədir.

 

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Di Mariyanın gedişinə səbəb kimi onun müqavilə şərtlərinin yaxşılaşdırılmaması göstərilir.  

Xəbər xətti