"Milan"ın əfsanəsi özünə yeni klub tapdı

19:25 - 2 İyul 2014

Kakanının yeni klubu müəyyənləşib
 
Braziliyalı ulduz futbolçu Kaka rəsmi olaraq "Orlando Siti" ilə müqavilə imzalayıb. 
 
Sportal.az xəbər verir ki, bir mərasimlə mətbuata tanıdılan braziliyalı ulduz 3,5 il müddətinə "Orlando"nun formasını geyəcək. Karyerasını ABŞ-da davam etdirmə qərarı alan futbolçu 2015-ci ildən etibarən Amerika Futbol Liqası MLS-də çıxış edəcək. O müddətə qədər futbolçu "Sao Paolo" formasını geyməyə davam edəcək. 
 
İmza mərasimindən sonra mətbuata açıqlama verən futbolçu yeni klubuna faydalı olmaq istədiyini dilə gətirib:
 
"Amerika xalqına futbolu daha çox sevdirmək istəyirəm. MLS-in sürətli inkişafını görürük. "Orlando Siti" seçməyimin ən böyük səbəbi klub prezidentidir. Yeni bir layihə gerçəkləşdirəcəyimə inandığım üçün "Orlando"ya gəldim",- deyə Kaka bildirib.

 

Xəbər xətti