"Qəbələ" - "Şiroki Briyeq" matçına nə qədər bilet satılıb?

00:06 - 3 İyul 2014

Stadion dolu olacaq
 
"Qəbələ" bu gün saat 20:00-da doğma stadionunda Avroliqanın I təsnifat mərhələsində "Şiroki Briyeq"i qəbul edəcək. Və klub rəhbərliyi tərəfindən bu oyuna 4500 bilet satışa çıxarılıb.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, artıq bu biletlərin 3200-dən çoxu satılıb. Belə gedişlə, oyunun başlama saatına qədər bütün biletlərin satılacağı və stadionun dolu olacağı gözlənilir.

Xəbər xətti