Hazard "Borussiya"ya transfer olundu

19:40 - 5 İyul 2014

Belçika millisinin futbolçusunun qardaşı yeni kluba transfer olunub
 
Almaniyanın "Borussia Münxengladbax" klubu Torqan Hazardı icarəyə götürüb.
 
Sportal.az xəbər verir ki, futbolçu klub ilə 1 illik müqavilə imzalayıb. "Çelsi"də əsas heyətə düşə bilməyən Torqan Belçikanın "Zulte Varagen" klubuna icarəyə verilmişdi. Futbolçu bu klubda göstərdiyi oyun ilə son mövsümdə  ölkəsinin ən yaxşı futbolçusu seçilmişdir. 
 
Futbolçu dünya çempionatında Belçka millisinin heyətində Braziliyaya aparılsa da hələ ki onun köməyinə komandanın ehtiyacı yoxdur. 

Xəbər xətti