"Qəbələ" "Şiroki Briyeq" üçün başlayır

00:30 - 6 İyul 2014

Komanda sabah Bosniyaya yollanacaq
 
Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Şiroki Briyeq” klubu ilə qarşılaşacaq “Qəbələ” bu gün  hazırlığa başlayacaq.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a  verilən məlumata görə, komanda səhər məşqindən sonra paytaxta üz tutacaq.

İyulun 7-də isə əyalət təmsilçisi Bosniya və Hersoqovinaya yollanacaq. Səfərdə olduğu müddətdə təmsilçimiz 2 dəfə - ayın 8-i və 9-da məşqə çıxacaq.
 
Xatırladaq ki, “Şiropki Briyeq” - “Qəbələ” matçı iyulun 10-da keçiriləcək

Xəbər xətti