"Barselona" yeni qapıçısını təqdim etdi VİDEO

01:58 - 8 İyul 2014

Bravo rəsmən Kataloniya təmsilçisində
 
İspaniyanın "Barselona" klubu Çili yığmasının qapıçısı Klaudio Bravo ilə müqavilə bağlanıldığını elan edib.
 
Sportal.az xəbər verir ki, "Real-Sosyedad"ın sabiq qolkiperi 4 illik anlaşmaya imza atıb.
 
Artıq tibbi müayinədən keçən oyunçunun keçidinin "Barsa"ya 12 milyon avroya başa gəldiyi bildirilir. Bravo yeni klubunda 13 nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, ötən mövsüm Klaudio Bravo "Real Sosyedad"ın heyətində 37 oyuna 52, DÇ-2014-də isə 4 matça 4 top buraxıb.
 

Xəbər xətti